Aktyor əbədiyyətə qovuşanda

 

 

   Aprelin 13-də Teatr Xadimləri İttifaqının M.Mərdanov səhnəsində Şuşa Dövlət Musiqili Dram Teatrının “Aktyor əbədiyyətə qovuşanda” tamaşasının premyerası olacaq.

   Teatrdan bildirilib ki, psixoloji dram janrında olan birhissəli tamaşa xorvat yazıçısı və dramaturqu Miro Qavranın əsəri əsasında hazırlanıb. Pyesi Azərbaycan dilinə Svetlana Həkimova tərcümə edib.

   Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nazir Rüstəmovdur. Səhnə əsərində Nazir Rüstəmov və Bahar Abdullayeva çıxış edəcəklər.

 

Mədəniyyət.- 2018.- 11 parel.- S.4.