Tanınmış pianoçu Adilə Əliyevanın ustad dərsləri

 

 

   Mədəniyyət və Turizm Nazirliyi uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkarlığının artırılması və onlara metodiki köməklik göstərilməsi məqsədilə mütəmadi olaraq müxtəlif ixtisaslar üzrə ustad dərsləri təşkil edir.

   Nazirliyin dəvəti ilə Fransada yaşayan həmyerlimiz, Azərbaycanın Əməkdar artisti, Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktoru, professor Adilə Əliyeva tərəfindən 16-20 aprel tarixində uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün fortepiano ixtisası üzrə ustad dərslərinin keçirilməsi planlaşdırılır.

   Ustad dərsləri 16 apreldə Bakı şəhər L. və M. Rostropoviçlər adına 21 nömrəli Musiqi məktəbində, 18 apreldə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində, aprelin 20-də G.Şaroyev adına 35 nömrəli Musiqi məktəbində keçiriləcək.

 

Mədəniyyət.- 2018.- 11 parel.- S.4.