Ömrün sənət naxışları”

 

   Xalq artisti Rafiq Əzimov haqqında sənədli televiziya filmi

  

   “Azərbaycan TeleviziyaRadio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) “Ömrün sənət naxışları” sənədli televiziya filminin istehsalını başa çatdırıb. Film Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Rafiq Əzimovun həyat və yaradıcılığından bəhs edir. Ekran işində onun iştirak etdiyi tamaşalardan və çəkildiyi filmlərdən fraqmentlər də yer alıb.

   Filmin ssenari müəllifi Salar Aslanov, rejissoru Sənan Sultanov, operatoru Elşən Bədəlovdur.

 

Mədəniyyət.- 2018.- 13 aprel.- S.5.