Azərbaycan kinosu kino incilərimövzusunda dəyirmi masa

 

 

   Qax MKS-nin təşkilatçılığı ilə aktyor İsmayıl Dağıstanlının xatirə muzeyində Azərbaycan kinosunun 120 illiyi görkəmli aktyor Həsənağa Turabovun anadan olmasının 80 illik yubileyi münasibətiləAzərbaycan kinosu kino inciləriadlı dəyirmi masa keçirilib.

   Tədbirdən öncə muzeydə İsmayıl Dağıstanlının həyat yaradıcılığını əks etdirən eksponatlara, “Azərbaycan kinosu 120” Əfsanəvi Həsənağa Turabovadlı sərgilərə baxış olub.

   Qax MKS-nin direktor müavini A.Əfəndiyevanın apardığı tədbiri muzeyin direktoru A.Zehirov açıb. MKS-nin direktoru G.Əhmədova və digər çıxış edənlər Azərbaycanın kino tarixindən, ölməz aktyor Həsənağa Turabovun sənətkarlıq məziyyətindən söz açıblar. Mövzuya dair məruzələr dinlənilib, videoçarxlar nümayiş olunub.

 

Mədəniyyət.- 2018.- 13 aprel.- S.6.