Aprel döyüşləri şəhidlərinin xatirəsi anılıb

 

   Qazax rayon E.Hüseynov adına Mərkəzi kitabxanası S.Vurğun adına parkda Aprel döyüşlərinin (2016) ildönümünə həsr olunmuş səyyar kitabxana xidməti təşkil edib.

   Aprel döyüşləri bizim şanlı qələbəmizdir” devizi altında keçirilən tədbirdə kitablar, erməni işğalçıları ilə döyüşlərdə qəhrəmancasına şəhid olan kapitan Mühüd Qurban oğlu Orucov, baş leytenant Elvin Məmməd oğlu Namazov və əsgər Orxan Məhəmməd oğlu Əliyevin fotoşəkilləri nümayiş olunub. Kitabxana işçiləri tədbir iştirakçılarına Aprel döyüşləri, şəhidlər haqqında məlumat veriblər.

   Aprel döyüşlərinin ildönümü ilə əlaqədar Qazax rayon MKS-nin təşkilatçılığı ilə Qazaxbəyli kənd, Yuxarı Salahlı kənd 1 və 2 saylı, şəhər 2 saylı, Cəfərli kənd kitabxana filialları da anım tədbirləri keçiriblər.

 

Mədəniyyət.- 2018.- 13 aprel.- S.6.