Məktəblilər rəqs çempionatında uğur qazanıblar

 

   Moskvada keçirilən milli rəqslər üzrə Avropa çempionatında ölkəmiz də təmsil olunub. Çempionatda Bakı şəhəri 145 nömrəli tam orta məktəbin şagirdi Emilya Məmmədova, 236 nömrəli məktəbin şagirdi Zəhra Quliyeva, 283 nömrəli məktəbin şagirdi Ayla Güləlizadə, 160 nömrəli Klassik gimnaziyanın şagirdləri Nərgiz Məmmədova, Nuray Hüseynli, 1 nömrəli məktəbdən Fidan Əzizova, 157 nömrəli məktəbin yetirməsi Aysu Nəsirli, 164 nömrəli məktəbin şagirdi Aylin Əliyeva, 189-190 nömrəli məktəbdən Xədicə İsrafilova, 20 nömrəli məktəb-liseyin şagirdləri Selin HüseynliAylin Hüseynli uğurla iştirak ediblər.

   53 ölkənin qatıldığı yarışmada təmsilçilərimiz ümumilikdə ilk beşlikdə yer alıblar.

 

Mədəniyyət.- 2018.- 13 aprel.- S.7.