Fırça ustalarının növbəti pleneri

 

 

   Art Villa” qalereyasında açıq səma altında növbəti plener “Azərbaycanım” adı altında gerçəkləşəcək. Sayca 18-ci plener aprelin 29-da Gənclər Şəbəkəsinin təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyi və “Azərbaycan İncəsənət Konsulluğu” (Arts Council Azerbaijan) təşkilatının dəstəyi ilə keçiriləcək.

   Plenerdə gənc rəssamlarla yanaşı, yaşlı nəsli təmsil edən fırça ustaları da iştirak edəcəklər. Plener sənətkarların təkmilləşdirilməsi, istedadlı gənclərin və yaradıcı ziyalıların dəstəklənməsi məqsədi daşıyır.

 

Mədəniyyət.- 2018.- 13 aprel.- S.8.