Muzeydə şairə həsr edilmiş kitabların təqdimatı

 

 

   Səməd Vurğunun ev-muzeyində “Səməd Vurğun: Seçilmiş əsərləri”, “Səməd Vurğunun ev-muzeyi” və “Sonsuz ömrün yolçusu - Yusif Səmədoğlu” kitablarının təqdimatı keçirilib.  

   Muzeyin direktoru Nüşabə Vəkilova redaktoru olduğu “Səməd Vurğunun ev-muzeyi” və “Sonsuz ömrün yolçusu - Yusif Səmədoğlu” kitabları barədə məlumat verib.

   Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, “Səməd Vurğun: Seçilmiş əsərləri” kitabının redaktoru, filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoy, AMEA-nın şöbə müdiri, filologiya elmləri doktoru Şirindil Alışanlı, Bakı Dövlət Universitetinin müəllimi Məti Osmanoğlu, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırova və başqaları kitabların gələcək nəsillər üçün böyük ərməğan olduğunu söyləyiblər. Qeyd edilib ki, təqdim olunan kitablarda müxtəlif nəşrlərdə, jurnalların səhifələrində, eləcə də digər mətbu orqanlarda dərc olunanlardan əlavə yeni aşkarlanan faktlar da var.

 

 Mədəniyyət.- 2018.- 13 aprel.- S.15.