Şamaxı dəfinəsində nə var?

 

 

   Şamaxı şəhərində aşkarlanmış saxsı küpün içərisində olan dəfinə Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin numizmatikaepiqrafika elmi fond şöbəsinə təhvil verilib.

   Akademiyadan bildiriblər ki, 21 ədəd tam, 860 qram paslı və fraqmentşəkilli sikkələrdən ibarət olan dəfinə muzeyin bərpa laboratoriyasında təmizlənib. Müəyyənləşdirilib ki, bu dirhəmlər Şirvanşah Yəzid ibn Əhmədin (991-1027) hakimiyyəti dövründə zərb edilib. Bir sıra Qafqaz dəfinələrində aşkarlanmış, X əsrin sonu - XI əsrin əvvəllərinə aid Şirvanşahların adları olan belə sikkələr Azərbaycanda sikkə zərbi və pul ticarətinin səciyyəvi cəhətlərini açıqlayan faktdır.

  

Mədəniyyət.- 2018.- 13 aprel.- S.15.