Milli Qəhrəman haqqında sənədli film hərbi məktəbdə nümayiş etdirilib

 

   Dövlət sifarişi ilə “Yaddaş” studiyasında “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən çəkilmiş “İsgəndərin sorağında” sənədli filmi Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində nümayiş olunub.

   Film Milli Qəhrəman İsgəndər Aznaurovun həyatından və Qarabağ müharibəsində keçdiyi döyüş yolundan bəhs edir. Milli Qəhrəmanın ölümünün 25-ci ildönümü münasibətilə keçirilən təqdimatda Ali Hərbi Məktəbin zabit, gizir, həmçinin müəllim və kursantları iştirak edibfilm böyük maraqla qarşılanıb.

   Qeyd edək ki, indiyədək “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən Mədəniyyət və Turizm NazirliyininYaddaş” və “Salnamə” studiyalarında dövlət sifarişi ilə 70-dən artıq sənədli film çəkilib. Ekran əsərləri paytaxtda və bölgələrdəki mədəniyyət mərkəzlərində, hərbi hissə və hərbi məktəblərdə, aliorta ümumtəhsil məktəblərində nümayiş olunub.

 

Mədəniyyət.- 2018.- 18 aprel.- S.2.