Buktreyler festivalının münsifləri məlum olub

 

 

   Mədəniyyət Turizm Nazirliyinin təşkilati dəstəyi, Beynəlxalq Muğam Mərkəzinin tərəfdaşlığı ilə keçirilənKitabı tanıdın, kitabla tanınınsloqanlı III Buktreyler festivalının münsiflər heyətinin tərkibi açıqlanıb.

   Münsiflər heyətinə Xalq yazıçısı Çingiz Abdullayev, Xalq artisti Oqtay Mirqasımov, Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov, əməkdar artistlər Mehriban Zəki, Murad Dadaşov daxildir. Buktreylerlər hər bir münsif üzvü tərəfindən ayrılıqda qiymətləndiriləcək. Təşkilat komitəsi hər bir münsifin verdiyi qiyməti toplayaraq qalibləri müəyyənləşdirəcək. Layihənin müəllifi və rəhbəri kinoaktyor, prodüser Ruslan Sabirlidir.

   Festival kitab və mütaliənin cəmiyyətdə təbliği, kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişaf etdirilməsi məqsədilə keçirilir.

 

Mədəniyyət.- 2018.- 18 aprel.- S.2.