Kitabxana turizm mövzusunda tədbir keçirib

 

 

   Quba rayon Mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsi Quba Texniki təmayüllü liseyindəTurizm yeni perspektivlər vəd edən inkişaf sahəsidiradlı tədbir keçirib. Tədbirdə Mərkəzi kitabxananın şöbə müdiri Mehriban Məmmədova, lisey direktorunun müavini Nübar Qəniyeva mövzu ilə bağlı çıxış ediblər. Qeyd olunub ki, Azərbaycanda son illər turizm sürətlə inkişaf edir, ölkəyə gələn xarici qonaqların sayı artır, Bakıda regionlarda turizmin inkişafı üçün müasir infrastrukturun yaradılması istiqamətində genişmiqyaslı işlər görülür.

   Mərkəzi kitabxananın əməkdaşı Rübabə HacıbəyovaQuba - gəzməli, görməli diyaradlı məruzəsində bölgənin turistik imkanları, tarixi-mədəni irsi təbii gözəllikləri barədə söz açıb.

  

Mədəniyyət.- 2018.- 18 aprel.- S.11.