Macarıstanda mədəniyyət gecəsində ölkəmiz də təmsil olunub

 

   Macarıstanın Seqet şəhərində fəaliyyət göstərən Seqet Universitetində Beynəlxalq mədəniyyət gecəsi keçirilib. Tədbirdə xarici tələbələr öz milli musiqi və rəqslərini nümayiş etdirib, kulinariya müsabiqəsində iştirak ediblər.

   Universitetdəki azərbaycanlı tələbələr də milli rəqslərimizi və mətbəximizin nümunələrini təqdim ediblər. Çıxışlarına Müslüm Maqomayevin “Azərbaycan” mahnısının ifası ilə başlayan azərbaycanlı tələbələr Tofiq QuliyevinBiz mehriban ailəyik” mahnısı ilə gecəyə xoş əhval-ruhiyyə qatıblar. Sonra tələbələrimiz milli rəqsimiz olan “Yallı” haqqında ətraflı məlumat verib, bu musiqinin sədaları altında rəqs ediblər.

   Azərbaycanın Macarıstandakı səfirliyinin dəstəyi ilə hazırlanan guşədə ölkəmiz haqqında nəşrlər, milli mətbəximizin nümunələri təqdim olunub.

 

Mədəniyyət.- 2018.- 18 aprel.- S.12.