Avtoportret” sənədli filminin təqdimatı

 

   Aprelin 20-də Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Avtoportret” sənədli filminin təqdimatı olacaq.

   Dövlət sifarişi ilə “Dublyaj” studiyasında istehsal olunan film görkəmli rəssam, Əməkdar incəsənət xadimi Eyyub Hüseynovun həyat və yaradıcılıq yoluna həsr edilib. Filmin ssenari müəllifi və rejissoru Əməkdar incəsənət xadimi Yavər Rzayev, operatoru Rövşən Quliyev, prodüseri Qafar Məcidovdur.

Mədəniyyət.- 2018.- 20 aprel.- S.2.