Sankt-Peterburq Musiqi Liseyinin nümayəndə heyəti Bakıdadır

 

 

   Sankt-Peterburq Musiqi Liseyinin beynəlxalq müsabiqələr laureatları və müəllimlərindən ibarət nümayəndə heyəti Bakıya gəlib. Qonaqların iştirakı ilə aprelin 19-da Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində konsertustad dərsləri keçirilib.

   Aprelin 20-də qonaq heyətin L. və M.Rostropoviçlər adına 21 saylı Uşaq musiqi məktəbində konserti nəzərdə tutulub. Konsertdən sonra fortepiano aləti üzrə ustad dərsi keçiriləcək. 21 aprel tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən konsertdən öncə Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbi və Sankt-Peterburq Musiqi Liseyi arasında əməkdaşlıq müqaviləsi imzalanacaq.

 

Mədəniyyət.- 2018.- 20 aprel.- S.2.