Füzuli teatrında "Ələddinin sehrli çırağı”na ictimai baxış

 

   Füzuli Dövlət Dram Teatrında Nicat Kazımovun ərəb xalq nağıllarının motivləri əsasında yazdığı "Ələddinin sehrli çırağı” əsərinə ictimai baxış olub.

   Tamaşanın quruluşçu rejissoru Sehran Xanlarov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur. Rollarda Orxan Əlibəyov, İntizar Quliyeva, Habil Hacıyev, Qaçaq Qarayev, Aygün Cəfərova və başqaları çıxış edir.

   Tamaşa kasıb Ələddinin başına gələn hadisələrdən bəhs edir. Əmisinin hiyləsinə uyaraq köməksiz anasını atıb arzularının ardınca gedən Ələddin çox çətin sınaqlardan çıxır. Qarşısına çıxan Cin onun başına gələn əhvalatlarda mühüm rol oynayır. Lakin insan ağlı hər bir qüvvədən güclüdür.

   Tamaşanın yaxın günlərdə rayonun işğaldan azad olunmuş kənd və qəsəbələrində nümayiş olunması nəzərdə tutulur.

 

Mədəniyyət.- 2018.- 20 aprel.- S.7.