“Əli və Nino” Naxçıvanda da səhnələşdirilir

 

 

   Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Qurban Səidin “Əli və Nino” romanının motivləri əsasında yazıçı-dramaturq Əli Əmirlinin qələmə aldığı eyniadlı pyes əsasında hazırlanan tamaşanın məşqləri keçirilir.

   Qeyd edək ki, məşhur əsər indiyədək Azərbaycan Dövlət Rus Dram Teatrında, həmçinin ayrı-ayrı yaradıcı gənclərin teatr qruplarında tamaşaya qoyulub.

   Xalq artisti Kamran Quliyevin quruluş verdiyi tamaşada əsas rolları Xalq artisti Həsən Ağasoy, əməkdar artistlər Əbülfəz İmanov, Bəhruz Haqverdiyevlə bərabər teatrın gənc aktyorları Səyyad Məmmədov, Mehri Nəbiyeva və başqaları oynayır.

   Səhnə tərtibatçısı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əbülfəz Axundov, musiqi tərtibatçısı Azərbaycanın Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur.

   Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan tamaşanın may ayının sonuna qədər teatrsevərlərə təqdim olunması nəzərdə tutulub.

 

Mədəniyyət.- 2018.- 20 aprel.- S.7.