Hüseyn Cavidə həsr olunmuş bədii qiraət müsabiqəsi

 

   Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tələbələr və şagirdlər arasında böyük şairdramaturq Hüseyn Cavidə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib. Tədbirdə Bakı şəhəri 245 nömrəli orta məktəbin şagirdləri iştirak ediblər.

   ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbirin ölkə başçısının Hüseyn Cavidin 135 illik yubileyi haqqında sərəncamına əsasən təşkil olunduğunu bildirib. Rektor ədibin bütün yaradıcı fəaliyyətinin Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan ibarət olduğunu deyib.

   Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov şairdramaturqun həyat və fəaliyyətindən ətraflı danışıb.

   AMEA-nın müxbir üzvü Vəli Əliyev, bədii qiraət ustası, Əməkdar artist Ağalar Bayramov universitetdə Hüseyn Cavidin xatirəsinin anılmasını yüksək dəyərləndiriblər.

   Bədii qiraət müsabiqəsində tələbələr və şagirdlər Cavidin şeirlərindən nümunələr səsləndirib, sözlərinə yazılmış mahnıları ifa ediblər.

 

Mədəniyyət.- 2018.- 20 aprel.- S.15.