Tanınmış şairin kitabının təqdimatı

 

 

   Azərbaycanda Atatürk Mərkəzində tanınmış şair Zakir Fəxrinin “Şeirlər” (“Poems”) kitabının təqdimatı keçirilib.

   Mərasimi giriş sözü ilə açan mərkəzin rəhbəri, akademik Nizami Cəfərov şairin yaradıcılığından, poetik dünyasının zənginliyindən danışıb.

   Azərbaycan Tərcümə Mərkəzinin direktoru Afaq Məsud, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri İrfan Çiftçi, Milli Məclisin deputatı Musa Quliyev, digər qonaqlar Zakir Fəxrinin yaradıcılığı haqqında fikirlərini bölüşüblər.

   Bildirilib ki, kitab şairin 70 illik yubileyi və Azərbaycan Tərcümə Mərkəzinin milli ədəbiyyatın dünyada tanıdılması layihəsi çərçivəsində nəşr edilib. Kitaba müəllifin ingilis və Azərbaycan dillərində “Qarabağsız”, “Bir ömrün tarixi”, “Qalmaz belə, qalmaz dünya”, “Yazayoza bilmədiyim yuxu”, “Rekviyem”, “Qaranlıqdan aydınlığa”, “Qara Məlik, Qara Qəzənfər və mən” kimi məşhur şeirləri daxil edilib.

  

Mədəniyyət.- 2018.- 25 aprel.- S.6.