Çipollino” yenə səhnədə

 

 

   Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında məşhur italyan yazıçısı Canni RodarininÇipollino” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa təqdim olunub.

   Teatrın mətbuat xidmətindən bildirilib ki, balaca teatrsevərlər üçün nəzərdə tutulan tamaşanın rejissoru, musiqi tərtibatçısı və yeni səhnə redaksiyasının müəllifi Əlif Cahangirli, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, xoreoqrafı isə Lalə Hacıyevadır.

   Tamaşada Çipollino obrazını aktrisa Xədicə Novruzlu canlandırıb. Digər rollarda əməkdar artistlər Əlvida Cəfərov, Mehriban Xanlarova, Sevinc Əliyeva, Mirzə Ağabəyli, Məzahir Cəlilov, Rüstəm Rüstəmov və başqaları çıxış edib. Səhnə əsərində Coakkino Rossininin musiqilərindən istifadə olunub.

 

Mədəniyyət.- 2018.- 25 aprel.- S.7.