Gənc Tamaşaçılar Teatrının aktyoru Tbilisidə görüşlər keçirib

 

 

   Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru İlham Əsədov Tbilisidə Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrının 90 illik yubiley tədbirlərində iştirak edib.

   Teatrın mətbuat xidmətindən bildirilib ki, Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Georqadze qonaq nümayəndə heyətlərini qəbul edib. İlham Əsədov görüşdə təmsil etdiyi sənət ocağı və 145 yaşlı Azərbaycan teatrı haqqında məlumat verib. Aktyor həmçinin Tbilisidə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Dram Teatrının direktoru Varlam Nikoladze ilə görüşüb. Yubiley çərçivəsində təşkil edilən dəyirmi masada çıxış edən aktyor Almaniya, Hindistan, Polşa, Belarus, Ukrayna və digər ölkələrdən olan həmkarlarına Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə bağlı məlumat verərək bildirib ki, sənət ocağı qonşu dövlətlərin teatrları ilə də yaradıcılıq əlaqələri qurub.

 

Mədəniyyət.- 2018.- 25 aprel.- S.7.