Vaşinqtonda Qara Qarayevin 100 illiyinə həsr edilmiş klassik musiqi gecəsi

 

   Vaşinqton Kafedral kilsəsində ABŞ-da yaşayan azərbaycanlı orqan ifaçısı Cəmilə Cavadova-Spitsberqin böyük bəstəkar Qara Qarayevin 100 illiyinə həsr edilmiş konserti olub. Bu kilsə rəsmi ibadət mərasimlərinin, o cümlədən ABŞ prezidentlərinin andiçmə tədbirlərinin yekununda inaqurasiya ibadətinin keçirildiyi məkan kimi tanınır.

   Kafedral kilsəsinin keşişi Bencamin Streyli tədbiri açaraq tamaşaçılara Qara Qarayevin yaradıcılıq irsi və Cəmilə Cavadova-Spitsberqin fəaliyyəti barədə məlumat verib.

   Konsert proqramında Qərbin tanınmış klassik bəstəkarları BaxMendelsonun əsərləri ilə yanaşı, Azərbaycan bəstəkarlarının kompozisiyaları da səslənib. Vaşinqton auditoriyasına təqdim edilən əsərlər arasında Qara Qarayevin fortepiano prelüdlərinin professor Tahirə Yaqubova tərəfindən orqan üçün transkripsiyası və Vasif Adıgözəlovun “Muğam-fantaziya” əsəri də ifa olunub.

   Qeyd etmək lazımdır ki, ABŞ paytaxtında kafedral kilsədə Azərbaycan bəstəkarlarının orqan üçün əsərləri indiyə qədər heç vaxt ifa edilməyib. “Ernest M. Skinneroğlu” şirkəti tərəfindən qurulmuş böyük kilsə orqanının könül oxşayan səsi və Cəmilə Cavadova-Spitsberqin çıxışı gurultulu alqışlarla qarşılanıb. Konsertdə yerli klassik musiqi həvəskarları ilə yanaşı Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, diplomatik missiyanın əməkdaşları, ABŞ-dakı Azərbaycan icmasının Vaşinqtondaonun ətrafında yaşayan üzvləri də iştirak edib.

   Cəmilə Cavadova-Spitsberq tanınmış musiqiçipedaqoqdur. Amerikada çıxan klassik musiqi jurnalı onun koloritliparlaq çıxışlarını yüksək qiymətləndirib. Orqanda ifa üzrə doktorluq dərəcəsi almış ilk azərbaycanlı musiqiçi olan, hazırda ABŞ-ın Texas ştatındakı Arlinqton Dövlət Universitetində dərs deyən C.Cavadova-Spitsberq ABŞ-da, postsovet ölkələrində, habelə Hollandiya, Almaniya, Böyük Britaniya, Fransa, Danimarka və digər ölkələrdə konsert proqramları ilə çıxış edib. Onun təsis etdiyi “Azərbaycan-Amerika Musiqi Fondu” adlı qeyri-hökumət təşkilatı Azərbaycan klassik musiqisinin ABŞ-da təbliği ilə məşğuldur.

   “Azərbaycan-Amerika Musiqi Fondu” görkəmli Azərbaycan bəstəkarı, pedaqoqictimai xadim Qara Qarayevin 100 illiyi şərəfinə 2018-ci iliQara Qarayev ilielan edibbu münasibətlə ABŞ-ın müxtəlif şəhərlərində tədbirlər və konsertlər keçirir.  

 

Mədəniyyət.- 2018.- 25 aprel.- S.8.