“Heydər Əliyev və mənəvi dəyərlərimiz”

 

   Salyan rayon Mədəniyyət mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə “Heydər Əliyev və mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib.

   Mərkəzin direktoru Lətif Zərbəliyev çıxış edərək ulu öndərin Azərbaycan mədəniyyətinə qayğısından danışıb. Qeyd edib ki, ümummilli lider həm sovet dövründə, həm də müstəqil Azərbaycana rəhbərlik etdiyi zaman mədəni irsimizin hamisi olub. Bu gün onun siyasəti ölkəmizdə uğurla davam etdirilir.

   Sonra 5 saylı şəhər klubunun müdiri Aytəkin Bədəlovanın mövzu ilə bağlı məruzəsi dinlənilib.

   Eyni mövzulu tədbirlər rayonun digər mədəniyyət müəssisələrində də keçirilir.

 

Mədəniyyət.- 2018.- 25 aprel.- S.11.