Nura qərq olan ömür

 

   Quba rayon MKS-nin Mərkəzi kitabxanasının oxu zalında görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi münasibətilə tədbir təşkil olunub. Tədbirdə Quba Tibb Kollecinin müəllim və tələbələri iştirak ediblər.

   MKS-nin direktoru Saməddin Nəsirov, kollecin direktor müavini Röya Sultanova, kitabxananın əməkdaşı Validə Əmiraslanova və başqa çıxış edənlər Zərifə xanım Əliyevanın elmi fəaliyyətindən, Azərbaycanda oftalmologiya elminin inkişafına töhfələrindən söz açıblar.

   Bildirilib ki, akademik Z.Əliyeva elmi fəaliyyəti ilə yanaşı, Azərbaycan mədəniyyətinə hər zaman diqqət ayırıb, mədəniyyət və incəsənət xadimləri ilə sıx münasibətdə olub.

   Tədbirin sonunda kollecin müəllim və tələbələri kitabxananın fondunda olan tibbi ədəbiyyatla tanış olublar.

   * * *

   Qax rayon C.Cabbarlı adına Mərkəzi kitabxanasında keçirilən “Nura qərq olan ömür” adlı xatirə gecəsi də akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyinə həsr edilib. Kitabxanada mövzu ilə bağlı fotosərgi təşkil olunub. MKS-nin direktoru G.Əhmədova və digər çıxış edənlər görkəmli alimin həyat və fəaliyyətindən bəhs ediblər.

   Mədəniyyət.- 2018.- 25 aprel.- S.11.