Qar ətriingilis dilində nəşr edilib

 

 

   Filologiya üzrə fəlsəfə doktoru, tanınmış şairə, yazıçı Sona Vəliyevanın "Qar ətri" şeirlər kitabı ingilis dilində (The Smell of Snow) çap edilib. VektorBeynəlxalq nəşrlər evində işıq üzü görən kitabı ingilis dilinə filologiya üzrə fəlsəfə doktoru Kamran Nəzirli çevirib.

   Tərcüməçinin yazdığı ön sözdə qeyd olunur ki, kitaba şairənin müxtəlif illərdə yazdığı əsasən sərbəst şeirləri daxil edilib. Əsas mövzular ev, sevgi, təbiət sosial məsələlərlə bağlıdır. Bu şeirlərdə, sözün böyük mənasında, sevgi var - Vətənə, evə, ailəyə, Allaha, təbiətə, dosta, azadlıq tolerantlıq prinsiplərinə...

   Kitab ingilis dilində müasir Azərbaycan şeiri ilə maraqlanan insanlar üçün də faydalı olacaq. Nəşrin redaktoru Henri Braundur.

 

Mədəniyyət.- 2018.- 25 aprel.- S.15.