Almaniyada gənc dramaturqların festivalı

 

   İyunun 13-17-də Almaniyanın Potsdam şəhərində Höte İnstitutu (Goethe İnstitut) tərəfindən “Next Stage Europe 2018” adlı festival keçiriləcək.

   Sənət tədbirinə Azərbaycandan yazıçı-publisist Ülviyyə Heydərova da dəvət alıb. O, festivala “Uşaqlıq” adlı monopyesi ilə qatılacaq. Festival iştirakçılarının dram əsərləri Höte İnstitutunun xüsusi təyin etdiyi münsiflər heyəti tərəfindən seçilib. Festival çərçivəsində müəlliflərin əsərləri müzakirə olunacaq, alman aktyorları tərəfindən ifa ediləcək, bəzi əsərlər isə səhnələşdiriləcək.

   Festivalın məqsədi gənc dramaturqları Almaniyada tanıtmaq, qonaqları bu ölkədəki beynəlxalq ədəbi mənzərə ilə tanış etməkdir.

 

Mədəniyyət.- 2018.- 27 aprel.- S.5.