“Səmanın fəthi” sənədli filminin təqdimatı

 

   AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında ARB “Aranfilm” Yaradıcılıq mərkəzinin çəkdiyi “Səmanın fəthi” sənədli filminin təqdimatı keçirilib.

   Tədbirdə rəsədxananın elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov çıxış edib. Bildirib ki, film Azərbaycanda astronomiya elminin tarixindən, kəşf edilmiş göy cisimləri və planetlər üzərindəki kraterlərə Beynəlxalq Astronomiya Birliyi tərəfindən Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarının verilməsindən bəhs edir.

   Filmin icraçı prodüseri Nicat Məmmədov çəkilişə göstərdiyi köməyə görə rəsədxananın rəhbərliyinə təşəkkürünü bildirib.

   Sonda “Səmanın fəthi” sənədli filmi nümayiş olunub.

   Qeyd edək ki, elmi-kütləvi mövzuda çəkilən filmin ssenari müəllifi və rejissoru Aydan Əhmədova, operatorları Habil Muğanlı və Əminə Həsənli, montaj edəni Pərviz Səlimov, bədii rəhbəri Tahir Tahiroviç, baş prodüseri İqbal Məmmədəliyevdir.

 

Mədəniyyət.- 2018.- 27 aprel.- S.10.