Azərbaycan kinosunun 120 yaşı tamam olur

 

Kinoxronika lentlərin yaddaşından səhifələr

 

Avqustun 2-də ölkəmizdə kino sahəsində çalışanlar peşə bayramını qeyd edəcək. Builki bayram bir özəlliyi ilə seçilir. Çünki bu il Azərbaycanda kinonun yaranmasının 120 ili tamam olur. 1898-ci ilin 2 avqustunda Bakıda çəkilmiş kinosüjetlərin ilk nümayişi keçirilib. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə 2 avqust kino işçilərinin peşə bayramı Azərbaycan Kinosu Günü elan edilib.

120 il öncə başlanan kino salnaməmizin bəzi əlamətdar tarixlərini yada salaq.

 

* * *

 

Ötən əsrin birinci onilliyi ölkəmizdə kinematoqrafiya əsasən Bakı neft mədənlərindən, şəhər həyatından bəhs edən süjet xronikaların çəkilişi nümayişi ilə yadda qalıb. 1915-ci ildə Pirone qardaşları Bakıda Filma Səhmdar Cəmiyyətini yaradıblar 1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun povesti əsasında Neft milyonlar səltənətində adlı ilk tammetrajlı bədii film çəkilib.

1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra hökumət bir çox mədəni-siyasi islahatlar keçirib. Xarici əlaqələr dünya kinosunun ilk nümunələrinin Bakıya gətirilməsinə ictimai baxışlara təkan verib. Bakıda kinematoqrafiya həvəskarlarının sayı artmağa başlayıb. 1918-ci ildə onlar Kinematoqrafiya teatr qulluqçuları şurasında birləşiblər. 1919-cu il mayın 28-də Cümhuriyyətin yaranmasının ildönümünə həsr olunan xronikal film çəkilib. Təəssüf ki, həmin film bizim günlərə çatmayıb. 1920-ci ilin 28 aprelində Azərbaycanın bolşevik ordusu tərəfindən işğalından milli hökumətin süqutundan sonra iyulun 4-də Müvəqqəti İnqilab Komitəsinin sədri N.Nərimanov kinematoqrafiya idarələrinin milliləşdirilməsi haqqında dekret imzalayıb.

1923-cü ildə Azərbaycanda kinostudiya yaradılıb. 1925-ci ildən isə əsas istehsalat sahəsi olan kinofabrik istifadəyə verilib müxtəlif adlar altında fəaliyyət göstərib. 1961-ci ildən Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyası adlanır.

 

* * *

 

1920-ci illərdə səssiz filmlərimiz çəkilib. Abbas Mirzə Şərifzadənin 1926-cı ildə çəkdiyi Bismillah filmi Azərbaycan kinematoqrafiyasının ilk müstəqil ekran əsəridir. 1936-cı ildə Azərbaycanda ilk səsli film Azərfilmlə Mejrabpomfilmin müştərək istehsalı olan Mavi dənizin sahilində komediyası çəkilib.

İkinci Dünya müharibəsi illərində bədii film istehsalı zəifləsə , azərbaycanlı kinooperatorlar daim cəbhənin ön xəttində olublar. 1945-ci ildə rejissor Rza Təhmasib həmkarı Nikolay Leşşenko ilə Arşın mal alan (Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında) filmini çəkib. Bu, milli kino tarixində həm ölkə daxilində, həm ondan kənarda ən çox baxılan Azərbaycan filmidir.

1950-ci illərin əvvəllərində rəngli filmlərimiz istehsal edilib. 1963-cü il yanvarın 11-də Azərbaycan kinematoqrafiya işçilərinin I qurultayı keçirilib. Sonrakı illər Azərbaycan kinosunun tarixində zəngin səhifələr dövrü olub, xüsusilə 70-ci illərdə ulu öndər Heydər Əliyevin bu sahəyə diqqət qayğısı sayəsində kino sənətimizin incisi olan ekran əsərləri ərsəyə gəlib. Bu dövr həm Azərbaycan kinosunda ilk film-operanın yaranması ilə yadda qalıb. 1970-ci ildə rejissor Vladimir Qorriker Cəfər Cabbarlının eyniadlı pyesinin motivləri bəstəkar Fikrət Əmirovun eyniadlı operası əsasında Sevil film-operasını çəkib.

 

* * *

 

80-ci illərin sonu müstəqilliyimizin ilk illəri respublika həyatının, eləcə mədəniyyətin digər sahələrində olduğu kimi, kino sənətində çətin dövr oldu. Amma sənətə sadiq insanlar bütün çətinliklərə rəğmən bu mühiti tərk etmədilər.

Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə mədəniyyətə, həmçinin kinoya diqqət artdı, bu sahəyə dövlət vəsaitinin ayrılması bərpa olundu. Sonrakı illərdə dövlətin dəstəyi ilə kinematoqrafiya dirçəlməyə başladı. 1996-cı ildə Azərbaycan Dövlət Film Fondu yaradıldı. Hazırda fondda 10 mindən artıq milli xarici film saxlanılır.

Prezident İlham Əliyevin 2008-ci il 4 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı bu sahənin inkişafı üçün yeni zəmin yaratdı. Mədəniyyət Nazirliyi tərəfindən Dövlət Proqramının icrası ilə bağlı müvafiq işlər həyata keçirilir. Ötən dövrdə dövlət büdcəsindən ayrılmış vəsait hesabına 40-dan çox tammetrajlı bədii, 50-dən çox qısametrajlı bədii, 200-dək sənədli, habelə 20-dək cizgi filmi çəkilib. O cümlədən dövlət sifarişi ilə Qarabağ mövzusunda 9 bədii film lentə alınıb, Azərbaycanın Milli Qəhrəmanları silsiləsindən 70-dən çox sənədli film ərsəyə gətirilib. Filmlərimiz 150-dən çox beynəlxalq festivalda iştirak edib.

Ölkə başçısı 31 yanvar 2018-ci il tarixində Azərbaycan kinosunun 120 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, neft Bakısına dair ilk xronikal süjetlərin nümayişi ilə başlayan Azərbaycan kino sənəti təşəkkül tapdığı vaxtdan etibarən böyük inkişaf yolu keçib ötən müddət ərzində xalqın mədəni-mənəvi həyatında özünəməxsus mövqe qazanıb. Kino yaradıcılığı işinin uğurlu təşkili sayəsində ölkə kinematoqrafiyası Azərbaycanın zəngin mədəniyyət salnaməsinə parlaq səhifələr yazıb. Vurğulanır ki, milli kinematoqrafiyanın yeni şəraitdə ənənələrini qorumaqla yanaşı, modernləşdirilməsi dünya kino sənayesinə daha sürətli inteqrasiya etməklə səmərəli fəaliyyət göstərə bilməsi istiqamətində bir sıra zəruri addımlar atılıb. Azərbaycan filmlərinin son illər beynəlxalq festivallarda fəal iştirakı müvafiq Dövlət Proqramı çərçivəsində silsilə tədbirlərin icrasının nəticəsidir.

 

* * *

 

Kino işçilərinin peşə bayramı ötən dövrə nəzər salmaq üçün daha bir fürsətdir.

Budəfəki bayram da rejissor Yavər Rzayevin Azərbaycan kinosunun tarixinə keçdiyi zəngin inkişaf yoluna həsr etdiyi sənədli filmin nümayişi ilə yadda qalacaq.

Peşə bayramı həm mükafat təltiflər deməkdir. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ənənəvi olaraq bu ərəfədə bir qrup veteran kino xadimini pul mükafatları ilə təltif edib. 2018-ci ilin Milli kino mükafatına isə tanınmış kinorejissor, ssenarist, Xalq artisti, 75 illik yubileyini qeyd edən Oqtay Mirqasımov layiq görülüb.

Kino sahəsində çalışan bütün peşəkarları bəri başdan bayram münasibətilə təbrik edirik.

 

LALƏ

 

Mədəniyyət.- 2018.- 1 avqust.- S. 6.