Ana dili milli-mənəvi dəyərlərin ən qiymətlisidir

 

Binəqədi rayon MKS-nin Mərkəzi kitabxanasında 1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr edilmiş tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə kitabxana fonduna daxil olan ədəbiyyat nümunələri ilə tanış olublar, mövzu ilə əlaqədar hazırlanan sərgiyə baxış keçirilib.

MKS-nin direktoru Rəna Biləndərli tədbiri açaraq qonaqları salamlayıb.

Tədbirdə çıxış edən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, professor Əlizadə Əsgərli millətin dilinin dövlət dili statusuna yüksəlməsinin tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsi olduğunu vurğulayıb.

Daha sonra rayon İcra Hakimiyyəti İctimai-siyasihumanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, türkoloq alim, filologiya üzrə fəlsəfə doktoru, Türkologiya jurnalının məsul katibi Elçin İbrahimov, YAP Binəqədi rayon təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva və digər qonaqlar çıxış ediblər.

Çıxışlarda milli-mənəvi dəyərlərin ən qiymətlisi və milli varlığın rəmzi olan Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində görülən işlərdən söz açılıb.

 

* * *

 

Zaqatala rayon Heydər Əliyev Mərkəzinin və Zaqatala rayon MKS-nin təşkilatçılığı ilə Mənim ana dilim, doğma dilim adlı ədəbi-bədii gecə keçirilib. Tədbirdə mədəniyyət, təhsil işçiləri, rayon ziyalıları iştirak ediblər.

Tədbir iştirakçıları öncə mövzuya dair kitab sərgisinə baxıblar. İcra Hakimiyyətinin İctimai-siyasihumanitar məsələlər şöbəsinin müdiri Vəfa Süleymanova, MKS-nin direktoru Gülniyar Məmmədova və başqaları çıxış ediblər. Tədbir bədii hissə ilə başa çatıb.

 

Mədəniyyət.- 2018.- 3 avqust.- S. 7.