Sehr-ÇUBUQ sahibi

 

İdarə etdiyi orkestrlərin canlı uvertürası, kulminasiyası, akkordu, musiqi dünyamızın xəlqi-“konstitusion” Münsifi...

 

Əlbəttə, Niyazi!

 

MAESTRO Niyazi...

 

Bu adamı kəşf etdiyim gündən bəri xəyalımda yaratdığı epizod-etüdlərdən:

 

-...hər dəfə çıxacağı səhnə bütöv bir sənət məmləkəti, orkestr – qəlbləri fəth edəsi alaybax-bax, lap indicə zəhmli Sərkərdə də gələcək;

-...budur, sir-sifətindən “zəhər”, qırğı baxışlarından məlhəm yağdıra-yağdıra gəlir!;

-...əlindəki çubuq qılıncmı ki, – salondakılar cürbəcür fobiyalara qərq olur?;

-...orkestr əhlinin çalğı yekdilliyi üçün nəzərdə tutulmuş bu çubuq bu qədər çalın-çarpaz tərpənişlərlə bu ecazkar tabloları necə yaradır?..

Başlanğıcdan sonadək o sehrli barmaqlar neçə çubuq dəyişib, görəsən?..

Bu nəhənglikdə sənətkardan bəhs edən bir yazının “bismillah”ı olan bu “qiymətli” sualı, olsa-olsa, ona Almaniyada hədiyyə olunmuş xalis qızıl dirijor çubuğu cavablandıra bilər...

Onun sağ əlindəki o çubuq özübütün başqalarınınkından BAMBAŞQA idi, idarə anlarının “apogey” məqamlarında sol əlinin “beşaçılan” (retro-jurnalistikaca: “pianinonun şirmayı dilləri”) kimi rəqs edən barmaqları da!

Bu məqamda qeyd edim ki, mən uzun illər o barmaqları daha maraqlı təşbeh etmək istəsəm də, nəzərdə tutduğum hədəfə çata, heyrət-məhəbbət “tikan”ımı çıxarası, mat-məəttəllik durumumu dəyişəsi bir epitet tapa bilməmişəm. Heçbir vaxtlar, “palıçka vruçalkakimi obrazlı deyimləri olan rusların moskvalı bir musiqi xadiminin məqaləsindən oxuduğum (konsertlərdən birinin sonunda bu Maestronun əllərini ovuclarında tumarlayaraq): “Bu barmaqlar necə də tabeedicidir!..” kimi qiymətli fikirləri də sözügedən obyektə adekvat hesab etmirəm...

D.Şostakoviç. Ş.Q.Şarayev, V.Dobiaş kimi şan-şöhrət zirvəlilərin dediklərini də xatırlayaq: “Niyazi öz çubuğu ilə orkestrdəki bütün alətləri eyni anda çalırdı”, “O, taktların canlı antenası idi”, “Bir cüt sehrkar əl, beş qoşa ovsunçu barmaq sahibi”. Və nəhayət, öz yaşdaşı, tituldaş və şöhrətdaşı Q.Qarayev: “Mən əsərlərimin Niyazinin dirijorluğu ilə ifasından çox məmnun olurambaşqa bir dirijor arzulamıram”...

İndi xatırladacağım bir fikrin müəllifi isə bütöv bir dövr və ictimaiyyət: “1970-ci illərdə hər cümə günü Filarmoniyada keçirilən “simfonik musiqi axşamları” ideyasının müəllifi Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev, bütün İttifaqda bənzəri olmayan o konsertlərin təşkilatçısı, repertuar seçicisiqeyri-adi təntənə ilə idarəedicisi Maestro Niyazi idi...

Bu nəzəri “giriş”dən “praktikibir çıxış: onun sir-sifətindəki dipdiri dinamikanın, atomvarı baxışların fərqindəsizmi? Bəs, arasıkəsilməz alqış sədaları seriallarında bir dəfə də olsun təbəssümlənməməsi, “bir tükünün də tərpənməməsi” soyuqqanlılığının necə?!

Bu halda, yuxarıda bəhs etdiyim “çubuqların sayı” məsələsi göydə qalmırmı? Yəni, məsələ o çubuqların, o barmaqların kəmiyyətində yox, sehrində, məzmun-mahiyyətindədir...

 

 Deməli, keyfiyyətə keçməli

 

Öncədən də (R.Rzanın “Qayğı” sözü, qayğı – özü” qənaəti ladında) qeyd etməli ki, keyfiyyət – ümummilli qənimətimiz olan bu dünyəvi maestronun bütün sənət nümunələrinin baş vurğusu, aksenti, nəqəratı idi.  

 

Onun Vaşinqton çıxışlarının ilk gecəsinin sabahısı (1960-cı illərin sonları, özününRast”, F.Əmirovun “Gülüstan-Bayatı-Şiraz” simfonik muğamları) bütün Amerika qəzetlərində “Niyazi”, “maestro” sözləri olmayan manşet yox imiş. O qəzetlərdə yüzlərlə obrazlı sözlər, frazalar, bənzətmələr varmış ki, onlardan biri də belə: “Bizim bu gənc Amerikanın ağzınadək dolu salonu əvvəldən-axıra qocaman Şərq xəyalatına dalmışdı...”

Niyazi xüsusi bir DÖVR idi, ÇAĞ idi, ayrı-ayrı zamanların dahi bəstəkarlarını birləşdirən sənət karvanının gələcəyə doğru səfərinə bütün sovet dirijorlarından daha dahiyanə sarbanlıq edən SSRİ-li idi.

Bu qənaətimə inanmayanlar (və sovet illərində mübhəm bir qorxu-təvazökarlıqla onu yalnız “Azərbaycan fenomenikimi qələmə verən yerlilərimiz) üçün bir retro-epizod:

Ötən əsrin 70-ci illərində üç-dörd həftə bütün müttəfiq respublikalarda olub, SSRİ dirijorlarının reytinq “tədqiqat”ını da aparan və nəhayət, Bakıya gələn moskvalı xanım-jurnalist Niyazi ilə müsahibə zamanı: “- Maestro, haçansa İttifaq üzrə neçənci yerdə olmanız haqda da fikirləşmisinizmi” - sualının qarşılığında laqeyd bir təbəssümlə üzləşir və əlavə edir: “Məsələ bundadır ki, respublikaların hamısında musiqi ictimaiyyəti nümayəndələri 1-ci yerdə özlərininkini, 2-ci yerdə isə yalnız və yalnız Sizi görürlər. Deməli, “inciməyin”, maestro, Siz bütün Sovetlər İttifaqı üzrə birincisiniz!..”

 

Bu elitar ranqlı epizod ardınca birproletarisi:

 

Təntənəli, uğurlu bir xarici səfərdən qayıtdığı günün sabahısı maestro 60 nəfərlik simfonik orkestrlə cənub bölgəmizə (Salyandan Astarayadək) birhəftəlik qastrol qərarına gəlir. Maraqlı olaylar, xatirələrlə dolu səfərdən Bakıya qayıdarkən avtobus karvanını tarla düşərgələrindən birinin yanında saxlatdırıb, pambıqçılarçün yemək hazırlayan aşpaz qadına yaxınlaşır: “Xalacan, mən biləni, indi hava 40 dərəcəni ötüb, bəs, sən biləni, bu ocağın istisi neçə dərəcə olar?” - deyib, kollektivə komanda verir ki, on dəqiqədən sonra burda düz birsaatlıq konsertə başlayırıq!

Möhtəşəm “Koroğlu” operası uvertürasının ilk taktları sədalanırkən qız-gəlinlər ucsuz-bucaqsız tarlanın hər tərəfindən düşərgəyə sarı axışır və həmin anların qələmə alındığı yazıdan yalnız bunu təqdim edirəm: “Konsertdən sonra musiqiçilər də bir-birinə deyirdi ki, hələ indiyədək heç vaxt, heç harada maestronun bu ilhamla dirijorluq etdiyini xatırlamırıq”...

Deyək ki, bu tammöcüzə varlığın həyatında möcüzəvarı olğu-olay da az olmayıb ki, bunlardan onun “sərtlik krallığına” yaraşmayası baməzəlisindən başlayaq. Belə ki, o, sonralar hər biri bir mədəniyyət fəthinə çevriləsi xarici qastrol səfərlərindən ilkinə hələ ana bətnində ikən “gedib”; atası Zülfüqar Hacıbəyovun Tbilisi qastroluna hamilə xanımı da qoşulurNiyazi dünyaya Gürcüstan paytaxtında (20 avqust, 1912) göz açır. Yaxud, təpədən-dırnağa musiqi, bəstə (dolayısilə sülh, əmin-aman) mayalı bu adam uşaqkən hərbçi olmaq əzmilə kadet məktəbinə gedib, ətrafın diqqət mərkəzinə düşən futbol hakimliyi, təyyarə (paraşüt) idmançılığı edib. İlk musiqi təhsilini də ki (yəni, sonucdakı müqayisəsiz məşhurluğuna nisbətdə!) adidən-adi bir musiqi ocağında alıb. Amma sonra atası Zülfüqar və əmisi Üzeyir bəyin tövsiyəsilə təhsilini Moskvada davam etdirib. Leninqrad (Sankt-Peterburq) təhsilinisə, bu şəhərin “rütubətli havası” səbəbindən, başa vura bilməyib.

Lakin həftələr-aylar ötdükcə, bu “yarımçıq tələbə” qeyri-adi “avtotəhsil” təmrinləri edə-edə, mükəmməl bir məktəbə çevrilməyə başlayıb. Böyük Azərbaycan mədəniyyəti tarixinə nəhəng “Üzeyir bəy Hacıbəyli”, məşhur “Zülfüqar Hacıbəyli”, mühacir korifeylərimizdən “Ceyhun Hacıbəyli” imzalarından doğulmuş Niyazi Tağızadə-Hacıbəyov (milli dirijorluq dünyamıza TƏK gəlib, Tək də getmiş sənətkar bu qoşasoyadlılığı anasının yeganə və faciəli bir qətlin qurbanı olmuş dayısı Heydərəli Tağızadəyə xatir qəbul etmişdi) ayrıca-müstəsnaca birMaestro Niyazi” İMZAsına çevrilib.

Bu imza onun tək elə fenomenal dirijorluq qalereyasındakı unikal nümunələr altına deyil, neçə-neçə müəlliflik, həmmüəlliflik, interpretativlik işləri rahına da atılıb. İyirmi iki yaşında yazdığı “Zaqatala süitası” ilə musiqi aləmimizə orijinal səpkili bir bəstəkar gəlişindən xəbər verib. Daha sonra ikihissəli “Qəhrəmanlıq”, “XosrovŞirin”, “Konsert valsı”, “Təbrizim”, “Dağlar qızı”, “Vətən”, “Arzu” və s. kimi gözəl simfonik nümunələr, mahnılar yazır, teatr tamaşaları (“Dağılan tifaq”, “Almaz”, “Vaqif”, “Polad qartal”) və kinofilmlərdə (“Almaz”, “Kəndlilər”, “Fətəli xan”) maraqlı sənət izləri qoyur...

Lap gəncliyindən öz fitri fəhmi, çağlar istedadı, ekspromt müdaxilələrilə ətrafına fasiləsiz bir məntiq-məna atəşi saçan bu cəsarət mücəssəməsi hətta atasının ali ölkə qəlibli “Aşıq Qərib”inin, əmisinin dünya çaplı “Arşın mal alan”ının yeni redaksiya variantlarını hazırlayıb. Teatr səhnələrində əlli ilə yaxın formalaşıb-etiketləşmiş “O olmasın, bu olsun” operettasının məhəkdaşı musiqi parçalarını hər saniyəsi qızılla, hər kadrı zərrəbinlə ölçülüb-baxılan böyük ekran dilinə çevirib. “Xumar oldum”, “Qaragilə”, “Küçələrə su səpmişəm” kimi neçə-neçə xalq mahnımızı simfonik orkestr üçün işləyib, “Rast” və “Şur” muğamlarını nota alıb...

Bunları, onları, obiriləri “sadalamaqla qurtarası deyildir” deyə, bu intəhasız mətləbi belə yekunlaşdıraq: ovaxtdan-buvaxta öz klassik-fundamental yaradıcılıq energetikası, müdam dramaturji, hərdən də emosional xəyalat-təsəvvürat melodikası, major-minor büsatlar harmoniyası və ülfət-ülviyyət ifadəliliyilə milyonları ovsunladı, öz idarəsilə neçə-neçə ölkələrin musiqi şirkətləri tərəfindən qrammofon vallarına yazıldı. Və bu ovsunlar, maraqlar, heyrətlər davam etmədə... 

 

Bu “Segah”i təəssürat ardınca məlum bir kinofilmimizin adından təbdil; –

 

 OnunRast”ını unutmaq olarmı?..

 

 Deyirlər, bu boyca bəstə, tövr-xasiyyətcə uzun, ad-soyadca füzun (Tağızadə-Hacıbəyov Niyazi) elə məhz bu Hadisə-Əsərdən sonra qıp-qısaca bir xitabla çağırılmağa, xatırlanmağa, ağırlanmağa başlayır: “MAESTRO!” İki dəfə (1951- 1952) SSRİ Dövlət mükafatlarına layiq görülür. Ədəbi-ictimai söhbət, müzakirə musiqi tənqid-təbliğindəAzərbaycan milli dirijorluq məktəbinin formalaşması Niyazinin adı ilə bağlıdır”, “Milli bəstəkarlarımızın əsərlərindən seçilmiş nümunələr dünya musiqisinin qızıl fonduna məhz onun bənzərsiz yozumu sayəsində daxil edilmişdir”, “Neçə-neçə opera baletin yüksək səviyyəli səhnə təcəssümü Niyazi istedadı qabiliyyətinin bəhrəsidirkimi qənaətlərəSimfonik muğamkimi qeyri-adi yeniliyin banisi deyimi əlavə edilir. 1959-cu ildə SSRİ Xalq artisti adına layiq görülür. İki il sonra SSRİ-nin ən məşhur teatrlarından birinə - Leninqrad Opera Balet Teatrına baş dirijor təyin olunur. Çoxsaylı xarici ölkə teatrlarının (xüsusi müqavilə əsasında) təkidli xahiş-təklifləri içərisində yalnız qardaş (o zamanlardüşmən”!) Türkiyəni seçən maestro Ankara Opera Balet TeatrındaYevgeni Onegin”, “Qaratoxmaq qadın”, “Aida” türk bəstəkarı Ə.SayqununKoroğluoperasına ilk quruluşlar verir, “Yunus Əmrəoratoriyasına dirijorluq edir. Uzunmüddətli səfərdən sonra Vətənə qayıdır, Opera-Balet Teatrının bədii rəhbəri baş dirijoru təyin edilir.

 

Bunlar onun sənət izlərindən fraqmentlər.

 

 Bir az da həyat izlərindən...

 

 Bir-birini dəlicəsinə sevə-sevə 51 illikHəcər Niyazibirgəliyi dastanından.

Bu real dastanın ikicə (uşaqları olmayıb, övladlığa götürdükləri uşağın başlarına açdığı müsibətlər isə ərəbdən-əcəmə bəlli) qəhrəmanı Mahaçqalada tanış olub, qoşulub qaçıb, minbir əziyyətlə sonrakı yüzbir zövqi-səfaya çatmışdı...

...Türkiyədə ofisiant qadın onlara yaxınlaşıb: “ içəcəksiz?” deyə bütün su spirtli içkilərin adlarını sadalasa da, Həcər xanımyoxdeyir. Vəziyyəti belə görən maestro ofisianta üz tutur: “Xanım, mənim xanımım mənim qanımdan başqa heç içmir...” Bu zarafat basırıq restorandakı müştərilər üstünə səpsərin sutək çilənir

 

Amma Həcər xanım da borclu qalmır: Moskva restoranlarından birində bir parça çörəyin üstünə iki-üç qat xardal yaxıb, istiot səpir. Bunu əsəblə müşahidə edən maestro: “İndi bu oldu?” deyə soruşduqda, qayıdır ki: “Heç , oldu Niyazi!..

...Yaxşı ki, bu güneyli xanım öz ata-anasının (xüsusən, İranın Dərbənd konsulluğunda işləyən qardaşının) maneçiliklərinə baxmadan Niyazi ilə ailə qurmağa razı olmuşdu; yoxsa, ola bilsin ki o, Azərbaycan (habelə dünya) mədəniyyəti tarixinə bu çəkili maestro kimi daxil olmaya da bilərdi...

 

Tahir ABBASLI

 

Mədəniyyət.- 2018.- 3 avqust.- S. 13.