Yazıçılarımız Daşkənddə beynəlxalq konfransda iştirak ediblər

 

Daşkənddə “Klassik və müasir özbək ədəbiyyatının xarici ölkələrdə təbliği və populyarlaşdırılmasının aktual məsələləri” mövzusunda beynəlxalq konfrans keçirilib.

Özbək Dili və Ədəbiyyatı Universitetində keçirilən tədbirə 40-dək ölkədən yazıçılar, şairlər, ədəbiyyatşünas və tənqidçilər qatılıblar. Konfransda ölkəmizi Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anarqurumun dramaturgiya bölməsinin rəhbəri, yazıçı Firuz Mustafa təmsil edib.

Toplantının iştirakçıları əvvəlcə böyük özbək şairi Əlişir Nəvainin abidəsi önünə əklil qoyub, sonra Ədiblər xiyabanına gedib, Özbəkistan Yazıçılar Birliyinin (ÖYB) yeni istifadəyə verilmiş binasında olublar.

Konfransın açılışında Özbəkistan Yazıçılar Birliyinin sədri Siracəddin Səyyid klassikmüasir özbək ədəbiyyatının aktual problemləri və beynəlxalq aləmdə təbliği ilə bağlı ətraflı söhbət açıb.

AYB-nin sədri Anar Azərbaycan və özbək xalqlarının çoxəsrlik ədəbi-mədəni əlaqələri barədə danışıb.

Sonra konfrans öz işini bölmələr üzrə davam etdirib.

Yazıçı-filosof Firuz Mustafanın “Müstəqillik mərhələsində özbək-Azərbaycan ədəbi əlaqələrinin mühüm aspektləri” mövzusunda çıxışı maraqla dinlənilib.

Konfrans çərçivəsində AYB-nin sədri AnarÖYB-nin rəhbəri Siracəddin Səyyid iki qurum arasında əlaqələrin inkişaf etdirilməsinə dair memorandum imzalayıblar.

 

* * *

 

Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində Azərbaycanın Xalq yazıçısı Anarla görüş keçirilib. Tədbirdə Özbəkistanın tanınmış şair və yazıçıları, universitetin professor-müəllim heyəti, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Görüşdən əvvəl Anar və digər qonaqlar böyük Azərbaycan şairi Nizami Gəncəvinin universitetin qarşısındakı abidəsi önünə çiçək dəstələri qoyublar.

Özbəkistan Yazıçılar Birliyinin sədri Siracəddin Səyyid tədbiri açaraq Anarın həm keçmiş SSRİ dövründə, həm də müstəqillik illərində Özbəkistanda kitablarının nəşr olunduğunu, son illərdə yazıçının Daşkənddə iki kitabının işıq üzü gördüyünü diqqətə çatdırıb.

Özbəkistandakı Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Firdovsi Hüseynov və digər çıxış edənlər Azərbaycan yazıçıları arasında Anarın Özbəkistanda daha populyar olduğunu bildirib, onun əsərlərinin bu ölkədə çox sevildiyini qeyd ediblər.

Azərbaycan yazıçıları konfrans çərçivəsində qədim Səmərqənd şəhərində də olublar.

 

Mədəniyyət.- 2018.- 17 avqust.- S. 7.