Səyyar kitabxana xidməti

 

 

 

Quba rayon MKS-nin Mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsinin işçiləri tərəfindən “Azərxalça”nın Quba filialında səyyar kitabxana xidməti təşkil olunub. Xidmət zamanı xalça sənətini əks etdirən ədəbiyyatla yanaşı, kitabxana fonduna yeni daxil olmuş ədəbiyyat da təqdim edilib.

“Azərxalça”ASC-nin Quba filialının direktoru Nəzakət Novruzova kitabxanaçılara təşəkkürünü bildirib. Göstərilən səyyar xidmət zamanı kitabxanaya 14 yeni oxucu üzv yazılıb.

Sonda kitabxananın əməkdaşları tərəfindən yeni toxunan xalça nümunələrinə baxış keçirilib.

 

Mədəniyyət.- 2018.- 22 avqust.- S.7.