Kitabxanaya kitab hədiyyə edirik

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mirzə Şəfi Vazeh adına Mərkəzi kitabxanası “Kitabxanaya kitab hədiyyə edirik” aksiyası keçirir. Aksiyada alimlər, yazıçılar, şairlər və oxucular iştirak edirlər.

Kitabxanadan bildirilib ki, aksiyanın əsas məqsədi kitabxana fondlarının müasir, yeni, habelə klassik ədəbiyyatla zənginləşdirilməsi, oxucuların kitabxanalara daha fəal cəlb edilməsi və insanların mütaliəyə marağının artırılmasıdır.

Aksiya başlayandan sonra 14 nəfər M.Ş.Vazeh adına Mərkəzi kitabxanaya 400-ə yaxın kitabjurnal hədiyyə edib.

 

Mədəniyyət.- 2018.- 22 avqust.- S.6.