Kitab mütaliə haqqında onlayn platforma

 

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının Biznes inkubasiya mərkəziKitablayihəsinin inkubasiya proqramını qəbul edib.

AMEA-dan bildirilib ki, layihə cəmiyyətdə mütaliənin təbliği, kitablar haqqında sistemli informasiyanın toplanması, statistik məlumatların hazırlanması kimi funksiyaları icra edən onlayn platformadır. Mərkəz layihə komandasını mühiti ilə təmin edəcək. Həmçinin mentorluq və məsləhətçilik xidmətləri ilə layihə inkişaf etdikdən sonra nəticəyə əsasən investorlarla görüş təşkil olunacaq.

 

Mədəniyyət.- 2018.- 22 avqust.- S.6.