Beynəlxalq fotoqraflar günü münasibətilə aksiya keçirilib

 

 

 

“Azərpoçt” MMC maraqlı aksiya keçirib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, “Azərpoçt”un əməkdaşları 19 avqust – Beynəlxalq fotoqraflar günü münasibətilə paytaxt Bakının müxtəlif yerlərində açıq havada və şəxsi fotostudiyalarda çalışan fotoqrafları hədiyyələrlə təbrik edib.

Aksiyada fotoqraflara təqdim edilən hədiyyələr içərisində müasir poçt rabitəsinin 200 illik tarixini özündə əks etdirən fotoalbom da yer alıb.

Öz fotoaparatları ilə tarixi yaddaşlara yazan fotoqrafları bu dəfə “Azərpoçt”un obyektivi lentə alıb.

Aksiyanın yekunu olaraq çəkilən şəkillər bir fotoalbomda toplanaraq poçt vasitəsilə aksiyada iştirak edən fotoqrafların ünvanlarına göndəriləcək.

 

Mədəniyyət.- 2018.- 22 avqust.- S.14.