Daşkənddəki universitetlərə Azərbaycanla bağlı kitablar hədiyyə edilib

 

Azərbaycan tarixi, mədəniyyəti hər bir ölkədə layihəsi çərçivəsində Mirzə Uluqbəy adına Özbəkistan Milli Universiteti və Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin kitabxanalarına Azərbaycanla bağlı zəngin kitab kolleksiyası hədiyyə edilib.

Kolleksiyaya Hüseynbala Mirələmov və Viktor Andriyanovun Daşkənddə özbək dilində çap edilən Heydər Əliyev, Xalq yazıçısı Elmira Axundovanın özbək dilində çap olunan İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda kitabları, professor Əli Həsənovun Geosiyasət, Azərbaycanlılara qarşı etnik təmizləmə və milli qırğın siyasəti, Xocalı faciəsi, özbək tarixçisi Şuxrat Salamovun Türkistan və Cənubi Qafqaz. Daşnaklar Fərqanədən Qarabağadək, Qarabağ. İdeyalar müharibəsi, özbək yazıçı Abdulvali Saybnazarovun Xocalıda ölən insanlıq, həmçinin Nizami Gəncəvinin Xəmsə, Sirlər xəzinəsi, Leyli və Məcnun, İsgəndərnamənin İqbalnamə hissəsi, Məhəmməd Füzulinin Qəlb gövhəri, Daşkənddə özbək dilində çap olunan Azərbaycan ədəbiyyatı antologiyaları, Bəxtiyar Vahabzadə, Anarbaşqa müəlliflərin kitabları, Azərbaycanın mədəni irsi, Azərbaycan mədəniyyəti qardaş Özbəkistanda və s. nəşrlər daxildir.

Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə son 5 ildə ölkəmizə dair özbək dilində çoxsaylı nəşrlər işıq üzü görüb.

Mədəniyyət mərkəzinin direktoru Samir Abbasovun məlumatına görə, Azərbaycannın müxtəlif qurumlarından, xüsusilə də Mədəniyyət Nazirliyindən Mədəniyyət Mərkəzinə göndərilən nəşrlər də kolleksiyaya əlavə edilir.

 

Mədəniyyət.- 2018.- 22 avqust.- S.9.