Azərbaycanın ilk qadın Xalq şairi

 

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Mirvarid Dilbazi 1912-ci il avqustun 19-da Qazax rayonunun Xanlıqlar (indiki Musaköy) kəndində anadan olub.

Xatirələr olan yerdə, Həyat lövhələri, Bənövşələr üşüyəndə, Ana qanadı, Yasəmən fəsli, Dağ çiçəyi və digər kitabların müəllifi olan şairə uşaq və yeniyetmələr üçünçoxlu əsərlər yazıb. Nağıllar, Şeirlər, Kiçik dostlarıma, Gülbahar, Bahar nəğmələri, Lalənin ağacları, Abşeron bağlarında kitabları onlara ünvanlanmışdı.

O həmçinin Nizami Gəncəvi, Xaqani Şirvani, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, Samuel Marşak, Sergey Mixalkovbaşqa şairlərin əsərlərini Azərbaycan dilinə tərcümə edib.

Mirvarid Dilbaziyə 1979-cu ildə Azərbaycanda ilk qadın şair olaraq Xalq şairi fəxri adı verilib.

2001-ci ildə vəfat edən şairə həmişə ana Vətəni, təbiəti və doğma anasını kövrək hislərlə tərənnüm edib:

İlıq küləklər əsdi,

Yaz gəlməyə tələsdi,

Mənim ürəyim əsdi,

Anam yadıma düşdü...

 

Mədəniyyət.- 2018.- 22 avqust.- S.15.