Neftdən gələn sağlamlıq

 

 

 

Euronews” kanalı Naftalan haqqında

 

“Azərbaycan dünyada bənzəri olmayan bir müalicə üsuluna malikdir – Naftalan nefti ilə müalicə. Bakının 320 kilometrliyində yerləşən Naftalandakı bu möcüzəli yağ dəri xəstəlikləri, revmatizm, qan dövranı və s. müalicəsi üçün şəfa mənbəyidir”.

Bu barədə “Euronews” telekanalının Naftalan neftindən bəhs edən reportajında deyilir.

Aparıcı Serxio Kantone reportajında Naftalan şəhərinin turizm sahəsində geniş təcrübəsi və dünyada bənzəri olmayan bu neftlə müalicə üsulları barədə məlumat verir. Qeyd edir ki, Naftalan nefti nəqliyyat yanacağı üçün istifadə edilən neftdən deyil. Onu fərqləndirən və möcüzəli edən məhz orqanizm üçün xeyirli xüsusiyyətləridir.

Reportajda Naftalan neftinin orqanizmə müsbət təsirlərindən, insanların bu neftə üstünlük vermələrinin səbəblərindən danışan həkim Dilbər Kazımova onun hansı xəstəliklər zamanı faydalı olması barədə ətraflı məlumat verib.

 

Mədəniyyət.- 2018.- 22 avqust.- S.3.