Azərbaycanlı pianoçu Kembricdə Qara Qarayevin yaradıcılığından danışıb

 

 

 

Azərbaycanlı pianoçu, Omandakı Sultan Qaboos Universitetinin fortepiano müəllimi, sənətşünaslıq doktoru Vüsalə Yusif Əmirbəyova Kembric Universitetində (Böyük Britaniya) sosial elmlər sahəsində fənlərarası tədqiqatlar üzrə IX Beynəlxalq konfransda iştirak edib.

O, konfransdakı çıxışını görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illiyinə həsr edib. Pianoçu-alim dahi musiqinin yaradıcılığı haqqında məruzə ilə çıxış edib.

Beynəlxalq konfransa ABŞ, Fransa, İtaliya, Türkiyə, Rumıniya və başqa ölkələrdən alimlər qatılıb.

 

Mədəniyyət.- 2018.- avqust.- S.6.