Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş tədbir

 

 

 

Goranboy rayon Mərkəzi kitabxanasında Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş tədbir keçirilib.

“Azərbaycan  kinosunda tarixilikmüasirlik” adlı tədbirdə oxu zalının müdiri Sevda Əliyeva, kitabxananın əməkdaşları Günel Cəfərzadə, Gülnar Nəcəfova, Təzəgül Abbasova mövzu ilə bağlı çıxış ediblər. Çıxışlarda kino tariximizdən ətraflı söz açılıb, milli filmlərimizin gənclərdə vətənpərvərlik hissinin formalaşmasında xüsusi rolu vurğulanıb.

Sonda “Babək” və “Nəsimi” filmlərindən fraqmentlər nümayiş olunub.

 

Mədəniyyət.- 2018.- 29 avqust.- S.15.