O, mətbuata qabaqcıl ideyaların aparıcı qüvvəsi kimi baxırdı...

 

 

 

XIX əsrin sonu – XX əsrin əvvəlində Qori Müəllimlər Seminariyasının məzunu olmuş soydaşlarımız Azərbaycanda elmin, təhsilin, mədəniyyət və ədəbiyyatın inkişafında xüsusi rol oynayıblar. Seminariyanın məşhur məzunlarından biri də görkəmli maarif xadimi, publisist, naşir və tərcüməçi Hüseyn Minasazovdur.

Hüseyn Baxşəli oğlu Minasazov 1881-ci ildə Borçalı mahalının Sarvan kəndində dünyaya göz açır. İbtidai məktəbi bitirir və 1889-cu ildə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasına daxil olur. 1894-cü ildə təhsilini başa vuraraq Cavad qəzasının (indiki Salyan rayonu) Xıllı kəndində və Bakıda ikisinifli Sabunçu məktəbində rus dili müəllimi işləyir.

Araşdırmalarda qeyd olunur ki, Hüseyn Minasazov bir müddət sonra doğma kəndi Sarvana qayıdır, pedaqoji fəaliyyətlə məşğul olur. Eynizamandaelmi-publisistikyazılarlamətbuatda çıxış edir. 1902-ciildə “Kaspi” qəzetində korrektorişinə düzəlir. Həmindövrdə böyükAzərbaycanmütəfəkkiriHəsənbəyZərdabiilə görüşür. Professor ŞamilQurbanovaraşdırmasındayazır: “İctimai şüurunoyanmasındavə formalaşmasındamətbuataqabaqcılideyalarınaparıcı qüvvəsikimibaxanHüseynMinasazov çalışırdı ki, mətbuatmütərəqqiqüvvələrin əlində, xalqınmədənivə siyasiinkişafındaqüvvətlisilaha çevrilsin, onunazadlığa, tərəqqiyə gedənyolundamayakolsun”.

HüseynMinasazov 1906-cı ildə ukraynalı dostuE.Bondarenkoilə Tiflisə köçür. “Zaqafqaziya” qəzetiilə əməkdaşlıqedir. Burada “MollaNəsrəddin” jurnalınınkollektivivə CəlilMəmmədquluzadə ilə tanış olur. 1907-ciildə “Zaqafqaziya” qəzetininmüxbirikimiTəbrizə gedir. CənubiAzərbaycandamilliazadlıqhərəkatınıngedişiniqəzetvasitəsilə işıqlandırır. SonraTiflisə qayıdaraq “Oqni” jurnalının çapı üçünicazə alır. Jurnaltezbirvaxtdageniş şöhrəttapır.

1909-cuildə H.MinasazovSankt-Peterburq şəhərinə gedir. K.Abaşidze, V.Yeqorov, V.Ostrovskivə başqa ədiblərin əməkdaşlığı və yaxındaniştirakı ilə “Yejenedelnoyeobozreniye” qəzetiniburaxır. Bakı və Tiflis şəhərlərində çıxanbütünrusdilliqəzetlərdə HüseynMinasazovdövrüntələbləri, cəmiyyətindüzgünidarə olunması, millimünasibətlər, xalqlararasındadostluqvə s. problemlərlə bağlı məqalələrlə çıxış edir.

Hüseyn Minasazovun çox sevdiyi mətbuat orqanlarından biriMolla Nəsrəddin” jurnalı olub. O, 1912-ci ildə “Yujnı Kavkaz” qəzetinə ünvanladığı məktubda yazırdı: Bizim mətbuatımız xalq içərisində qarşılıqlı bəşəri münasibətlərin, heç olmasa, elementar tələblərini təbliğ etmək, onda özünə və başqasına hörmət hissi aşılamaq, xalqının nəzərində onun özünün və başqalarının həyat eşqini qaldırmaq kimi müqəddəs vəzifələri yerinə yetirmir. Bu, acınacaqlı haldır. Acınacaqlıdır ona görə ki, əlimizdə kəsərli silah var, amma ondan istifadə etməyi ya istəmirik, ya da bacarmırıq”.

Mübariz publisist bu ideyaların ancaqMolla Nəsrəddin” jurnalında reallaşdığını görür. “Molla Nəsrəddin”in diliniçoban dili” adlandıranlara qətiyyətlə cavab verir: “Bu cənablar unudurlaryaxud sadəcə anlamırlar ki, dil nə qədər xalqa, onun danışıq tərzinə yaxındırsa, demək, o, ədəbi dildir. Belə olmasaydı, Puşkinin, Nekrasovun, Tolstoyun əsərlərinin dili ədəbi dil hesab edilməzdi”.

Tərcüməçiliklə də məşğul olan görkəmli maarifçi 1913-cü ildə Cəlil Məmmədquluzadənin “Poçt qutusu” hekayəsini rus dilinə çevirir. Mirzə Fətəli Axundzadə ilə bağlı yazdığı məqalə “Tiflisski listok” qəzetində dərc olunur. Onun C.Məmmədquluzadənin “Ölülər” pyesi və Mirzə Ələkbər Sabir haqqında rus dilində yazdığı məqalələr maraqla qarşılanıb.

Azərbaycanın sovetləşdirilməsindən sonra Hüseyn Minasazovun publisist fəaliyyətində fasilə yaranır. Çünki bu quruluşun meyarları onun ürəyincə deyildi. İctimai fəaliyyətini davam etdirən Hüseyn Minasazov 1921-1922-ci illərdə Gürcüstanda yaradılan Müsəlman İşləri Şurasının sədri və Ömər Faiq Nemanzadənin şəxsi katibi olur.

Daha sonra Bakıya gəlir. Bir müddət dövlət idarəsində tərcüməçi işləyir. Sonra Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun Tarix-etnoqrafiya şöbəsinə dəyişilir. Kəndli hərəkatına həsr edilən “Bir inqilabın yüz ilielmi işi və “SSRİ Elmlər Akademiyasının dərsi” adlı monoqrafiyasını yazır. 1927-ci ildə “Yeni fikir” qəzetində Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılığına həsr olunan məqaləsi onun qələmə aldığı son məqalələrindəndir.

Azərbaycanda mətbuat və ədəbiyyatın inkişafına töhfələr verən Hüseyn Minasazov 4 yanvar 1932-ci ildə vəfat edib.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2018.- 29 avqust.- S.15.