Çexiyada Gəncənin tarixindən bəhs edən monoqrafiya nəşr olunub

 

 

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gəncə Bölməsinin Gənc alim və mütəxəssislər şurasının sədri, tarix üzrə fəlsəfə doktoru Elnur Həsənovun müəllifi olduğu “Gəncə şəhərində sənətkarlıq sahələrinin innovativ texnologiyalarla tədqiqinin tətbiqi əhəmiyyəti. Tarixi-etnoqrafik tədqiqat” monoqrafiyası Çexiyanın paytaxtı Praqada ingilis dilində çapdan çıxıb.

AMEA-dan bildiriblər ki, kitab Gəncənin tarixi ilə bağlı Avropada xarici dildə nəşr edilən ilk monoqrafiyadır.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən kitabın elmi redaktorları AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutunun baş elmi işçisi, professor Nərgiz QuliyevaÇexiya İctimai Elmlər Akademiyasının professoru İlona Doroşinadır. Nəşrin rəyçiləri isə ABŞ-ın Smitson İnstitutunun Antropologiya departamentinin rəhbəri, professor Pol Maykl Teylor, İtaliyanın Sapienza Universitetinin və Albaniyanın Aleksandr Moisiu Universitetinin fəxri üzvü, professor Sokol Pacukaydır.

Monoqrafiya dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin beytləri ilə başlayır. Kitab AMEA Gəncə Bölməsi ilə İtaliyanın Sapienza Universitetininİctimai Elmlər üzrə Aralıq Dənizi Hövzəsi Elmi Tədqiqat Mərkəzinin birgə əməkdaşlıq layihəsinin elmi nəticələrini özündə əks etdirir.

Kitabın üz qabığında Londondakı ViktoriyaAlbert Muzeyində mühafizə edilən Gəncə xalçası təsvir olunub.

 

Mədəniyyət.- 2018.- 29 avqust.- S.15.