Azərbaycan hekayələri Britaniya kitabxanalarında

 

Azərbaycan Tərcümə Mərkəzinin milli ədəbiyyatın dünyada tanıdılması və təbliği istiqamətində həyata keçirdiyi layihələr uğurlu nəticələr verməkdədir.

Bu il Londonda işıq üzü görmüş “Azərbaycan hekayələri” kitabı “Hertfordshire Press” nəşriyyatı tərəfindən Böyük Britaniyanın 50-dən çox kitabxanasına yerləşdirilib.

Kitaba Əbdürrəhim bəy Haqverdiyev, Əli Vəliyev, Mir Cəlal Paşayev, Ənvər Məmmədxanlı, İsmayıl Şıxlı, İsa Hüseynov, Sabir Əhmədli, İsi Məlikzadə, Yusif Səmədoğlu, Maqsud İbrahimbəyov, Anar, Elçin, Mövlud Süleymanlı, Kamal Abdulla, Vaqif Nəsib, Seyran Səxavət, Məmməd Oruc, Aqil Abbas, Saday Budaqlı və başqa müəlliflərin hekayələri daxil edilib.

 

Mədəniyyət.- 2018.- 31 avqust.- S. 7.