Rəssamların xəyalında sülhdostluq

 

Bakıda iranlı təsviri sənət nümayəndələrinin əsərlərindən ibarət sərgi açıldı

 

Avqustun 28-də İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət mərkəzində Rəssamların xəyalında sülhdostluq adlı rəsm sərgisinin açılış mərasimi keçirildi.

Sərgi Azərbaycan Rəssamlar İttifaqı və İran səfirliyinin Bakıdakı Mədəniyyət mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşdi.

Açılış mərasimində çıxış edən sərginin layihə rəhbəri Elnurə İsgəndərova sərgi haqqında məlumat verdi. Bildirdi ki, sərgidə təsviri və tətbiqi sənətin bütün növləri üzrə 100-dən çox rəssamın 150-dən artıq əsəri yer alıb. Qeyd olundu ki, sərgidə müxtəlif yaş qruplarında peşəkar və həvəskar rəssam, eləcə də dekorativ-tətbiqi sənət ustalarının əsərləri təqdim edilir. Sərgidə Əlbəttə, mən sülh istəyirəm, Əbədi dostluq, Tolerantlıq, Anasülh, Ölkəm, Biz sülh istəyirik və digər adlarda əsərlər nümayiş olunur.

İranın ölkəmizdəki səfirliyinin mətbuat katibi Məhəmmədrza Nəcəfi çıxış edərək sərginin əhəmiyyətindən danışdı. Qeyd etdi ki, çağdaş dünyamızda sülhünsabitliyin təmin olunması olduqca vacib məsələdir. Burada nümayiş olunan əsərlərdə də dünyada sülhün bərqərar olması üçün rəssamların təxəyyülü öz əksini tapıb.

Sərgidə maraqlı əsərlərin yer aldığını deyən səfirlik əməkdaşı Azərbaycan və İran arasında digər sahələrdə olduğu kimi, mədəni sahədə də əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirdi.

Tədbir iştirakçılarına öz təşəkkürünü bildirən Məhəmmədrza Nəcəfi tezliklə Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasını və orada da belə sərgilərin keçirilməsini dilə gətirdi.

Sonda sərgi iştirakçılarına və media nümayəndələrinə diplomlar təqdim olundu.

 

Fariz HÜSEYNOV

 

Mədəniyyət.- 2018.- 31 avqust.- S. 9.