“Məqsədimiz türkmənşəli xalqların birliyini gücləndirməkdir”

 

 

 

TÜRKSOY-un məqsədi türkmənşəli xalqların birliyini gücləndirmək, bu xalqların qədim və zəngin mədəniyyətini dünyaya tanıtmaq, eləcə də gələcək nəsillərə ötürməkdən ibarətdir. Bu baxımdan TÜRKSOY tərəfindən türkmənşəli xalqların musiqiçilərindən ibarət xalq çalğı alətləri, eləcə də kamera orkestrləri ümumi mədəniyyətimizi, adət-ənənələrimizi bütün dünyada tanıtmaq üçün vacib rol oynayır.

Bu fikri TÜRKSOY-un Gənclər Kamera Orkestrinin UNESCO-nun baş qərargahında keçirilən konsertində iştirak edən təşkilatın baş katibi Düsen Kaseinov AZƏRTAC-a müsahibəsində söyləyib. D.Kaseinov qeyd edib ki, belə konsertlər vasitəsilə dünya türk mədəniyyətinə qovuşur.

Baş katib, həmçinin təşkilatın 25 illik fəaliyyətinə həsr edilmiş sərginin əhəmiyyətinə toxunub. Qeyd edib ki, TÜRKSOY ötən müddət ərzində tədbirlərinin coğrafiyasını xeyli genişləndirib.

 

Mədəniyyət.- 2018.- 5 dekabr.- S.8.