Bakıda İtaliya-Azərbaycan kinofestivalı keçiriləcək

 

2019-cu il yanvarın 25-dən 30-dək Bakıda İtaliya-Azərbaycan kinofestivalı keçiriləcək. Layihənin məqsədi gənc istedadların üzə çıxarılması və müxtəlif ölkələrin rejissorları arasında təcrübə mübadiləsidir.

Festival Azərbaycan Mədəniyyət Nazirliyi, Imago Group kino şirkəti, Sandro Teti Editore nəşriyyat eviUnited Cultures qurumunun təşkilati dəstəyi ilə keçiriləcək.

Bu barədə jurnalistlərlə görüşdə festivalın təşkilatçıları italyan kinorejissoru Rossi MassimiImago Group kino şirkətinin təmsilçisi Luçiya Maçaleni məlumat veriblər. Vurğulanıb ki, kinofestival Azərbaycan və İtaliya arasında mədəni əlaqələrin möhkəmlənməsinə də töhfə olacaq.

Tədbir çərçivəsində tanınmış rejissoraktyorlarla görüşlər, ustad dərsləri də nəzərdə tutulub. Festivalda iştirak etmək üçün events@united-cultures.org. elektron ünvanında qeydiyyatdan keçmək lazımdır.

Festivalın müsabiqə bölmələrinə yerlixarici bədii, sənədli filmlər 15 dekabr 2018-ci il tarixinədək təqdim edilə bilər. Müsabiqənin şərtləri və iştirak haqqında daha ətraflı məlumatı festivalın internet saytından (https://www.festivalitaloazerbaigiano.com) əldə etmək mümkündür.

 

Mədəniyyət.- 2018.- 5 dekabr.- S.8.