Dövlət sifarişi ilə film istehsalının nəticələri

 

 

Mədəniyyət Nazirliyinin sifarişi ilə 2006-2018-ci illər ərzində dövlət studiyalarında və müstəqil prodüser mərkəzlərində çəkilmiş filmlər və onların beynəlxalq kino festivallarında iştirakı təhlil edilib.

Qeyd olunan dövr ərzində kino sahəsinin inkişafı məqsədilə dövlət büdcəsindən ayrılmış vəsait hesabına 43 tammetrajlı bədii, 45 qısametrajlı bədii (bədii filmlərin 41 faizi müstəqil studiyalar tərəfindən çəkilib), həmçinin 214 sənədli, 21 cizgi filmi və “Mozalan” kinojurnalının 18 buraxılışı – ümumilikdə isə 341 adda film məhsulu istehsal edilib.

Bu dövr ərzində istehsal olunun ekran əsərlərindən 63 bədii, sənədli və cizgi filmi dünyanın 57 ölkəsində keçirilmiş (Kann, Venesiya, Berlin, Karlovı-Varı, Tokio, Moskvas.) 224 film festivalının müsabiqə proqramına seçilərək, ümumilikdə 346 dəfə həmin festivallarda iştirak edib, 8 “Qran-pri”, 30 “Ən yaxşı bədii film”, 8 “Ən yaxşı sənədli film”, 9 “Ən yaxşı rejissor işi”, 15 “Ən yaxşı aktyor oyununa görə” olmaqla ümumilikdə 140 müxtəlif mükafat qazanıb.

 

Mədəniyyət.- 2018.- 5 dekabr.- S.4.