Yubileylər silsiləsindən daha bir tədbir

 

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MSK) Mirzə Şəfi Vazeh adına Mərkəzi kitabxanasında Xalq yazıçısı, dramaturq, ssenarist İmran Qasımovun 100 illiyi ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Rusiya Federasiyası Orenburq vilayətinin Orenburq rayonunun Podqorodnyaya Pokrovka Mədəniyyət və kitabxana xidməti mərkəzinin nəzdindəki kitabxananın müdiri Vera Filippova da iştirak edib. O, İmran Qasımovun Orenburq kitabxanalarındakı kitabları barədə məlumat verib.

Yasamal rayon MKS-nin direktoru, UNESCO-nunİnformasiya hamı üçün” Proqramının Azərbaycan komitəsinin sədri Lətifə Məmmədova ədibin həyat və yaradıcılığı haqqında danışıb.

Tədbir iştirakçılarına İmran Qasımovun kitablarının virtual sərgisi, yazıçının həyat və yaradıcılığını əks etdirən virtual fotoalbom təqdim olunub. İmran Qasımovun ssenari müəllifi olduğuUzaq sahillərdə”, “Bizim küçə”, “İnsan məskən salır” və “Onun böyük ürəyi” filmlərindən fraqmentlər nümayiş etdirilib.

 

Mədəniyyət.- 2018.- 5 dekabr.- S.6.