Muzeydə musiqili görüş

 

Noyabrın 30-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyevanın rəhbərlik etdiyiDetaşe” violinçilər ansamblının konserti oldu.

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək “Detaşe” ansamblı haqqında qısa məlumat verdi. Bildirdi ki, ansamblın fərqli xüsusiyyətlərindən biri alət tərkibinin ancaq violinlərdən ibarət olmasıdır. Uzun illər səmərəli fəaliyyət göstərən kollektiv müxtəlif konsert məkanlarında maraqlı layihələri ilə musiqisevərlərin dərin rəğbətini qazanıb.

A.Bayramova muzey adındanQara Qarayev. Dram tamaşalarına musiqidən fraqmentlərkitabını professor Zəhra Quliyevaya hədiyyə etdi. Sonra konsert proqramı təqdim olundu. Ansamblın ifasında İ.S.BaxınQuno-Ave Mariya”, G.F.HendelinPassakaliya”, N.Rimski-KorsakovunArı uçuşu”, T.QuliyevinSevgi valsı s. əsərlər səsləndirildi. Bütün ifalar alqışlarla qarşılandı.

 

S.FƏRƏCOV

 

Mədəniyyət.- 2018.- 5 dekabr.- S.5.