“Azərbaycanı tanıyaq”

 

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Daşkənddəki Əlişir Nəvai adına Dil və Ədəbiyyat Universitetinin kitabxanasına “Azərbaycanı tanıyaq” layihəsi çərçivəsində kitab kolleksiyası hədiyyə edib.

Kolleksiyaya ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatına dair AMM-in  özbək dilində Daşkənddə çap etdirdiyi kitablar, habelə Heydər Əliyev Fondunun müxtəlif nəşrləri daxildir.

Kitabxanaya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi, ermənilərin saxtalaşdırma siyasətinə dair kitablar, jurnal və bukletlər də hədiyyə edilib.

Azərbaycan Mədəniyyət Mərkəzi müntəzəm olaraq Özbəkistanın kitabxanalarına ölkəmizlə bağlı nəşrlər hədiyyə edir.

 

Mədəniyyət.- 2018.- 5 dekabr.- S.6.